DSX rəisi Elçin Quliyevə qarşı çirkli kompaniya gedir? - MÖVQE

25-05-2020, 19:35           
DSX rəisi Elçin Quliyevə qarşı çirkli kompaniya gedir? - MÖVQE
Teref.az yazır ki, DSX rıisi, general-polkovnik Elçin Quliyev haqqında sosial şəbəkələrdə xəbərlər yayılamqdadır. Lakin bu xəbərərdən başqa sosial şəbəkə istifadəçilərinində fikirləri üst üstə düşmür. Bir çoxları DSX rəisinə qarşı gedən xəbərlərin qurama olduğunu yazır. Bu yazılardan birini sizə təqdim edirik:
Ötən gün bir neçə KİV-lərdə propoqanda xarakterli bir neçə yazı gördüm. Söhbət sabiq Mədəniyyət naziri və DSX rəisi haqqında məlum xəbərdən gedir. Propoqandanın hansı şəkildə formalaşdırılmasına (məhz korrupsiyaya bulaşmış işdən çıxarılan nazirlə Xidmət rəisinin əlaqələndirilməsi), o cümlədən onun yayılmasına diqqət yetirsək, məlum xəbərlərin saxta və sifarişli əsaslarla təşkil edildiyini görərik.

Qətiyyətlə bildirirəm ki, Xidmət rəisinə qarşı formalaşdırılan propoqandanın əsasında qeyri-milli ünsürlər durur. Səbəblərini aşağıda qeyd olunanlardan dərk edəcəyinizə əminəm.

İlk növbədə qeyd edim ki, vaxtilə MTN strukturu tərkibində fəaliyyət göstərən Xidmətin hazırkı Dövət Sərhəd Xidməti kimi böyük struktura çevrilməsində Elçin Quliyevin şəxsən böyük əməyi var və bu, cənab Prezident qarşısında sağlam əsaslandırılmalarla olub. Formalaşdırılan strukturun MDB dövlətlərindən fərqli olaraq, Rusiya qarşısında sərhəd nişanlarının qoyulması ən böyük uğurdan biri hesab edilməlidir. Bunun mahiyyətini bir çoxlarınız yaxşı dərk edir. İran və Gürcüstan istiqamətində də sərhədlə bağlı, xüsusilə "Keşikçidağ" məsələsi ətrafında qətiyyətli mövqe, səbrlə davranış uğurla nəticələndi. Bu qonşu ölkənin DTX-sı tərəfindən belə etiraflara səbəb oldu. Nəticədə "Keşikçidağ" Azərbaycanın ərazi bütövlüyü tərkibində təsbit olundu.

Sərhədçilərimiz Ermənistanla təmas xəttinə çıxdıqda belə müxtəlif xarakterli - bəziləri həqiqətən məlumatsızlıqdan irəli gəlirdi - məlumatlar dərc olundu. Şəxsən mən mövqelər təhvil-təslim ediləndən kiçik bir zaman sonra bölgəyə gedən ilk şəxslərdən idim. Bizimlə birgə bir neçə televiziya nümayəndələri vardı, sayt olaraq yeganə sayt idik ki, biz bu vacib məqama şahidlik edirdik. Məsələ burasındadır ki, bir çoxlarından fərqli olaraq, daha öncə də həmin mövqelərdə olmuş, hətta Odundağda əsgərlərimizin xidmətini görmüşdüm. Burada bir çoxlarından fərqli olaraq Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında müqayisə aparmaq fikrindən uzağam. Çünki şəxsən Xəqani Cəbrayılovla görüşmüş və onun rəhbərlik etdiyi zolaqdakı bütün önəmli mövqelərdə olmuşam, hətta Alagöllərə qədər qalxmışam. Göyçə gölünün üstündə əsgərin bişirdiyi çörəyin iyi hələ də burnumdadır. Yəni həmin istiqamətdə hər iki qurumun xidmətini görmüşəm və hər ikisinə də alqış düşür. Biri illərdir qoruyub saxladığı mövqeləri digərinə əksiksiz (Odundağa qalxmaq mütləq qeyd olunmalıdır) təhvil verir, digəri isə cəmi bir neçə ay ərzində strateji Babakər istiqamətində hər iki - Ermənistan və Gürcüstan dövləti istiqamətində ciddi irəliləyiş əldə edir. Yəni təhvil götürən təhvil verənin məcazi mənada desək "mülkünü" dağıtmır, üstünə əlavə edir. Bax bu, həqiqətən də başqa şeydir..

Məhz bu fakt sərhəd istiqamətində təcrübəli olan DSX-nın düşmən qarşısında qətiyyətli duruşu, gücü və bunun əyani nümayişi idi. Və Babakər istiqamətinə çıxdıqda biz artıq ikinci dəfə mövqelərin yenidən qurulmasına şahidlik edirdik. Bunu danmaq həqiqətən bu müqəddəs gündə Allahsızlıq olardı. Və mən hər zaman bölgədən xəbərdar olmuşam, əsgərin başından bir çöp əksik olduğu hər zaman Elçin Quliyev həftələrlə orda olub, məntəqə-məntəqə baş çəkib. Bildiyimiz kimi, Qazaxın 7 kəndi işğaldadır. Elçin Quliyev dəfələrlə istər sərhədçilərimiz, istərsə də sakinlərin qarşısında bu kəndlərin işğaldan azad olunacağını bildirib. Və mən düşünürəm ki, əgər məlum propoqanda sifarişçiləri və qeyri-milli ünsürlər imkan versələr Elçin Quliyev ən azı 7 kəndin neytralda qalanlarını işğaldan azad edəcək. Heç olmasa Babakərdə gördüyümüz kimi qarış-qarış, qaza-qaza irəliləyib, səhəd məntəqəsini qurub, bayrağımızı dalğalandıracaq.

İndi bu qədər işləri görən adamı sabiq Mədəniyyət naziri ilə eyniləşdirmək, ən azından onun adı ilə birgə hallandırmaq ayıb deyilmi?!
Şahin Qocayev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.