Avropa Məhkəməsinin Ramil Səfərov qərarı: - “Bəzi qüvvələrin əlində “dubinka”dır”

26-05-2020, 21:04           
Avropa Məhkəməsinin Ramil Səfərov qərarı: - “Bəzi qüvvələrin əlində “dubinka”dır”
“Nəhəng hərbi gücə malik dövlətlər bir qayda olaraq hərbi əməliyyatlar zamanı və ya dinc dövrdə düşmən ölkənin kombatantına və ya mülki əhalisinə mühasibətdə hərbi cinayət törətmiş hərbiçilərini mühakimə etmirlər”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbər Sahib Məmmədov bildirib:

“Xüsusən ABŞ bütün tədbirləri görür ki, hətta 3-cü dövlətlər ABŞ hərbiçilərini beynəlxalq tribunallara verməsin (ABŞ Roma statutunun 98-ci maddəsini əsas götürərək, 150-yə yaxın dövlətlə ABŞ hərbiçilərinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməmək haqqında müqavilə bağlayıb). İstisnalar var. Lakin mühakimə olunan hərbiçini az sonra ya amnistiya, ya əfv, ya da prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun azad edirlər. Ramil Səfərov Azərbaycana gətirilərək azad ediləndə xeyli şəxs bu aktı mübahisələndirmək istədi. O zaman mən Prezidentin əfv sərəncamının tam Konstitusion olduğunu geniş şərh etdim. Bir daha qeyd edirəm ki, Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndi özü-özünə icra qüvvəsinə (Self-executing-yəni qanunlar vasitsi ilə yox birbaşa tətbiq olunur) malikdir. Əfv ölkə rəhbərinə verilən müstəsna səlahiyyətdir. Sonrakı qaydalar və qanunlar (məsələn əfv haqqında əsasnamə) əfv aktının tətbiq olunacağı insanların müraciət qayda və prosedurlarını və əfv üzrə Prezidentə təkliflər, vəsatət verən subyektlərin fəaliyyətini tənzimləyir. Mən heç zaman Ramil Səfərovun törətdiyi o əmələ haqq qazandırmamışam”.

Bununla belə, ekspert deyir ki, Ramil Səfərov affekt vəziyyətində əməli törədib və Azərbaycan qanunvericiliyində affekt vəziyyətdə törədilən cinayətə görə nəzərdə tutulan müddət ərzində cəza çəkib:

“Prezidentin Ramil Səfərovla bağlı verdiyi əfv sərəncamı həm Konstitusiyaya tam uyğun idi, həm də mənəvi məsələydi. Avropa Məhkəməsini hələ də məbəd sayanlar özləri bilsin. Amma bu məhkəmə hazırda ən qərəzli məhkəmədir və ən əsası da bəzi qüvvələrin əlində “dubinka”dır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.