Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"

27-05-2020, 00:01           
Ermənistan Tehranı hədələdi: "İran ermənilərə görə ayaq üstə qalıb, "təşəkkür"ümüz bu oldu"
Ramazan bayramı münasibətilə İranın Azərbaycandakı səfiri Cahangirzadənin Azərbaycan xalqına olan təbriki Ermənistanda birmənalı qarşılanmayıb. Hörmətli səfirin təbrikində səsləndirilən “İnşaallah yaxın gələcəkdə Qarabağın və Qüdsün azad edilməsi Azərbaycan xalqına sevinc bəxş edər” fikirlərini erməni mediası süngü ilə qarşılayıb, ermənilərə xəyanət kimi dəyərləndirib.

Tez tarixi yada salıblar ki, İran guya tarixən Ermənistana və Qarabağa hücumlar edib, yerli əhalini əsir aparıblar. İranı hədəfə alan erməni mediası yazır:

"İran səfirinin təbrikləri cənub qonşumuzun xəyanətini bir daha nümayiş etdirdi. Bu qonşuya görə Qərbdə Ermənistan dəfələrlə tənqidə məruz qalır. Axı, heç kəsə sirr deyil ki, Qərbin ağır sanksiyaları altında olan İran dövlətinin demək olar ki, dünyaya yeganə pəncərəsi Ermənistandır. Bu gün ermənilərə görə İran ayaq üstə qalıb. Buna görə də Tehrandan "təşəkkür"ümüz bu oldu”.

İranın mərkəzləşmiş bir dövlət olduğunu xatırladan ermənilər bu təbrikin İran XİN rəhbəri Zəriflə razılaşdırıldığını da vurğulayır.

Necə deyərlər, fakt göz qabağındadır. İranın özünə dost bildiyi ermənilər o iddiadadırlar ki, bu gün İran Ermənistana görə ayaq üstə qalıb və ermənilərə minnətdar olmaq əvəzinə Qarabağın azadlığını arzulayır. Burda deyərlər ki, “adımı sənə qoyaram, səni yana-yana qoyaram”. Ermənistanın quruda Gürcüstan sərhəddindən başqa yeganə çıxış yolu İrandır və həm Ermənistan, həm də işğal olunmuş Qarabağdakı rejim üçün İran bir nəfəslikdir.

Araz üstə körpülərə Azərbaycanın nəzarət etməsinin vaxtı çatmadımı?

Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru