AFRİKA SƏMASINDA RUS TƏYYARƏLƏRİ: Liviyanın növbəti İdlibə çevrilmə təhlükəsi var

27-05-2020, 10:47           
AFRİKA SƏMASINDA RUS TƏYYARƏLƏRİ:
Cared Şuba

“Əl-Monitor”, 26.05.2020

ABŞ Afrika Komandanlığının (AFRICOM) verdiyi məlumata görə, vətəndaş müharibəsində qüvvələr balansını dəyişmək üçün Rusiya Liviyaya döyüş təyyarələri göndərib. Bu, NATO-nun təhlükəsizliyinə təhdid yaradan addım olaraq xarakterizə edilib.

İlk dəfə keçən həftə Liviyanın qərbindəki əl-Cufra aviabazasında Rusiyanın bir “MiG-29” təyyarəsinin göründüyü bildirilir. Peyk görüntüləri, həmçinin Rusiyanın “Su-24” təyyarələrinin ölkənin şərqindəki Əl-Xadim aviabazasındakı anqarlarda saxlanıldığına dair fərziyyələrə səbəb olub.

AFRICOM-un press-relizində deyilir ki, təyyarələr Suriyadan gətirilib və Rusiya mənşəyini kamuflyaj etmək üçün onların rəngi dəyişdirilib. Komandanlığın dediyinə görə, təyyarələr, ehtimal ki, Traqolidə BMT tərəfindən dəstəklənən hökumətə (MBH) qarşı aparılan kampaniyada “Vaqner” hərbi qüvvələri və Xəlifə Həftərin Liviya Milli Ordusuna (LMO) hava dəstəyi verən rus pilotları tərəfindən idarə olunacaqlar.

“Rusiya Liviyada tərəzini açıq şəkildə öz xeyrinə dəyişməyə çalışır”, – deyə AFRICOM komandanı, ABŞ ordusunun generalı Stiven Taunsend bildirib.

Taunsend Rusiyanın addımını Suriyadakı vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əsədin dəstəyinə, Kremlin Aralıq dənizindəki hərbi mövqeyini Liviyada da təmin etməyə bənzədib.

Həftərin Tripoliyə hücumunda “Vagner” hərbi birləşmələrinin köməyi lazımi nəticə doğurmayıb.

Tounsend bundan əvvəl, yanvar ayında Konqresə bildirmişdi ki, əgər Rusiya Liviyada bazalar əldə edərsə və orada uzaqmənzilli silah sistemləri yerləşdirərsə, NATO-nun təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq, Moskvanın ittifaqın cənub cəbhəsinə girişi asanlaşacaq.

ABŞ-ın Avropa və Afrikadakı hava qüvvələrinin komandiri general Ceff Harriqan Rusiyanın Liviyaya girişi və ərazilərdə möhkəmlənməsini “növbəti məntiqi addım” adlandırıb.

Həm BMT tərəfindən dəstəklənən MBH-nın, həm də LMO-nun nümayəndələri keçən həftə Rusiya təyyarələrinin Həftər tərəfində qarşıdurmaya qoşulduğunu bildiriblər.

Həftərin hava qüvvələrinin rəhbəri Saqr əl-Caruşi “Liviya tarixindəki ən böyük hava hücumu” barədə xəbərdarlıq və Liviyada Türkiyənin dəstəklədiyi qüvvələrin qanuni hədəf olduqlarını elan edib.

Rusiyanın irəliləyişi Türkiyənin təpkisini doğura bilər. Bu ilin əvvəlində Ankara suriyalı muzdlu döyüşçüləri MBH-yə dəstək olaraq qarşıdurma məkanına göndərib.

Taunsendin “ciddi eskalasiya” adlandırdığı Caruşinin bəyanatı MBH qüvvələri Tripolinin təxminən 80 mil (130 kilometr) cənub-qərbində LMO-ya məxsus Vatiyə aviabazasını tutduqdan sonra açıqlanıb. Bu, Həftər qüvvələrinin paytaxta hücum əməliyyatı başlayandan bəri ən ağır məğlubiyyətidir.

MBH Rusiya istehsalı olan “Pantsir” mobil hava hücumundan müdafiə sistemini ələ keçirdiyini və daha ikisini məhv etdiyini iddia edib.

“Amnesty İnternational” təşkilatının silah və hərbi əməliyyatlar üzrə baş məsləhətçisi Brayan Kastner Rusiya qırıcı təyyarələrinin istifadəsini “böyük eskalasiya” adlandırıb. “Əl-Monitor”-a açıqlamasında Kastner yeni “MiG-29”-ların köhnə “MiQ” və “L-39”-lardan güclü hərbi maşın olduğunu deyib. Rusiya təyyarələri Türkiyənin dronlarını vurmaq imkanına da malikdir.

Kastner bildirib: “Bu Rusiya təyyarələri İdlibdə və Suriyanın digər yerlərində çox sayda mülki şəxsin ölümünə səbəb olub. Buna görə də, əsas narahatlığımız Tripolinin yeni İdlibə çevrilməməsidir”.

Tərcümə: Strateq.azCared Şuba

Tərcümə: Strateq.az

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.