Düşmən hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!

29-05-2020, 12:07           
Düşmən hələ 100 il öncə Qarabağın işğalına qəpik-qəpik pul yığıb: Tarixi sənəd!
Ermənilərin tarixin bütün dönəmlərində, eləcə də Cümhuriyyət dövründə Azərbaycan torpaqlarına qəsd etdiyi, bu torpaqları ələ keçirmək üçün hər bir vasitəyə əl atdığı məlumdur.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə ABŞ ermənilərindən birinin 1920-ci ildə işğalçı erməni ordusunun qurulmasına kömək məqsədi ilə o zamankı Ermənistan hökumətinə verdiyi sənəd üzə çıxıb. Sənəddə pulun kim tərəfindən hansı məqsədlə verildiyi, habelə yardımın məbləği öz əksinitapıb. 75 dollarlıq yardımın üzə çıxan sənədi Ermənistanın Müdafiə Nazirliyinivəcdə gətirib. Belə ki, bu hadisədən sonra dünya ermənilərinə müraciət edən işğalçı ölkənin Müdafiə Nazirliyi bu cür sənədlərə malik şəxslərdən həmin sənədlərionlara göndərməyi xahiş edib.

Bu sənəd düşmənin hələ100 il öncə Qarabağın işğalı üçün qəpik-qəpik pul yığdığını, bu məsələdə dünya ermənilərinin gücündən yararlanmağa çalışdığını göstərir.

Məlumat üçün xatırladaqki, məhz bu cür yardımlar əsnasında formalaşan o zamankı erməni ordusu, 1920-ciilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə hücum edib, lakin Azərbaycan ordusu tərəfindən darmadağın edilərək geri çəkilməyə məcbur olub.
Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.