“Müharibə qaçılmazdır və biz buna hazır olmalıyıq”
30-05-2020, 10:25
Tofiq Abbasov: “BMT Fələstin problemini həll edib ki, Qarabağ münaqişəsini də həll etsin?”
Qarabağ probleminin sülhyolu ilə həllinin uzanması məsələnin BMT müstəvisinə çıxarılması, daha doğrusu,vasitəçilik prosesinə adıçəkilən qurumun cəlb edilməsi ilə bağlı təklifləriaktuallaşdırıb. Bəzi siyasilər hesab edir ki, problemin BMT platformasınaçıxarılması Minsk qrupunun fəaliyyətsizliyinə cavab olmaqla yanaşı, münaqişənindaha çevik həllinə kömək edə bilər.
Moderator.az-a açıqlamaverən politoloq Tofiq Abbasov bu qənaəti bölüşmədiyini vurğulayıb:
“Hesab etmirəm ki,problemin BMT müstəvisinə çıxarılması onun həllinə səbəb olacaq. Baxın, məgərBMT Fələstin problemini həll edib? Hansı ki, bu problemin üstündən 70 il keçib.1947-ci ildən bəri mövcud olan problemin həllində BMT 4 vasitəçidən biridir.Avropa İttifaqı, ABŞ və Rusiya da vasitəçilər sırasındadır. Lakin bunabaxmayaraq, BMT bu günə qədər də Fələstin problemini həll etməyib.
İkincisi, unutmaq olmazki, Minsk qrupu elə BMT-nin mandatı əsasında fəaliyyət göstərir.
Hazırda münaqişə bölgəsindəvəziyyət çox gərgindir. Biz indi ancaq təlimlərimizi gücləndirməklə döyüşəhazır olmalıyıq. Sizi inadırıram ki, bu döyüş qaçılmazdır. Ona görə də hazırlığımızıgücləndirməli, bu yöndə ata biləcəyimiz bütün addımları atmalıyıq”.
Moderator.az
Seymur ƏLİYEV