İşğalda olan İrəvanı “verdilər” deyənlərə.
31-05-2020, 14:46

1813, 1828 illərində l və ll Azərbaycan Rusiya savaşının sonucu olaraq, İrəvan, Naxçıvan, Qarabağ , Şirvan, Quba, lənkəran, Dərbənt..., Çar Rusiyası tərəindən işğal olunmuşdu. 1918 ilinə qədər işğal altında olan torpaklarımıza ermənilər, ruslar və digərlər köçürülərək demoqratik yapı dəyişdirilmişdir. 28 may 1918 ilində Azərbaycan Cumhuriyyəti Tiflisdə elan olunanda Cumhuriyyətin mərkəzi və sınırları necə olacakdı böyük sualdı. Tiflisdə qalmaları mümkün olmayan Milli Şura İyun ayının sonunda savaşarak Gəncəyə köçə bildi. Hər yer erməni-rus silahlı birləşmələrinin gözetimindəydi. Ənvər Paşanın İradəsi olmasaydı Bakı daxil Azərbaycanın kuzeyi bu çetelərdən qurtula bilməyəcəkdi və Milli hökümətin qurulub Cumhuriyyət olmağımız zor olacaqdı , bəlkə də olmayacaqdı. Nuru paşanın Komutanlığında Gəncə, Şirvan, Qarabağ, Quba, Bakı, Lənkəran, Muğan Naxçıvan işğaldan azad olaraq, Cumhuriyyət olması mümkün olmayan bir coğrafiyada dövlət quruldu. Cumhuriyyətin sayəsində Sovetlər birliyi belə Azərbaycan Respunlikasının varlığını tanıdı və yarımdövlət kimi yaşamağına razılaşdı. 90 yılda azad olmağımızın da kökündə 1918 Milli Höküməti vardı.
1918-20 illər arası bağımsızlıq savaşımızda İrəvanı azad etmeye güc çatmadı. Belə olduğu halda tariximizə milli kimliğimizə, dövlətçiliyimizə qarşı olan “İrəvanı ermənilərə verdilər” deyən düşmən dəyirmanına su tökənləri anlamaq olmur. Bu fikirlər milli birliyimizə qarşı olmaqla, 5 kolonun ağalarının işinə yarayır. Sorumluluğunuzu bilin, ağlınıza atılanları danışmayın, bəylər!
Cahandar BAYOĞLU
Turan Partiyası GK Başkanı