Roqozin Yeltsini "milliyyətçi və xain" adlandırdı
31-05-2020, 14:57

"Roskosmos"-un baş direktoru Dmitri Roqozin şəxsi “Twitter” səhifəsində Rusiyanın birinci prezidenti Boris Yeltsini "xain" adlandırıb.
Cebhe.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Roqozin öz “Twitter” səhifəsində müdafiə sənayesi kompleksinə nəzarət edən RF baş nazirinin müavini Yuri Borisovun dinamik iqtisadi səviyyəni artırmaq üçün borc bazarına daxil olmaq təklifinə dair məqalə dərc edib.
"Borisov haqlıdır. SSRİ karbohidrogen məhsullarının satışına görə deyil, məhz sənayesi ilə "Böyük güc"-ə çevrildi", - deyə Roqozin qeyd edib.
Onun bu fikirlərinə isə jurnalist Dmitri Qubin öz etirazını bildirib və Roqozinin səhv düşündüyünü qeyd edib.
Ona cavab olaraq Roqozin bildirib ki, SSRİ Stalinin dövründə "Böyük güc" olub. "Yeltsin etnik milliyyətçi və xain olub, ondan sonra hakimiyyətə gələn Qorbaçov isə ikiüzlü adam idi və mənasız yenidənqurma planı həyata keçirmək istəyirdi. Mən nə deyirəmsə, düz deyirəm, səndə isə liberal emosiyaları var", -deyə Roqozin Qubinə cavab yazıb.
Qeyd edək ki, Roqozin hakimiyyətdə işləməzdən və "Roskosmos"-a rəhbərlik etməzdən əvvəl özünə siyasi karyera qurmuşdu. 2000-ci illərin ortalarında "Vətən" Partiyasına rəhbərlik edib. Moskva şəhər Dumasına seçkilər ərəfəsində "Moskvanı zibillərən təmizləyək" adlı qalmaqallı videoçarxda onun adı hallanırdı. Həmin dövrdə Moskva meri Yuri Lujkov Roqozini ekstremizmdə günahlandırmışdı. Bu hadisədən sonra "Vətən" Partiyasının adı bütün seçkilərdən çıxarılmışdı, Roqozin isə Partiya sədrliyindən istefa vermişdi.
Xatırladaq ki, 1998-1999-cu illərdə Rusiya Dövlət Dumasında Yeltsinin hakimiyyəti ələ keçirməsi və Konstitusiyada dəyişikliklər etdiyinə görə (baxmayaraq ki, cəhdləri boşa çıxmışdı) təqsirli bilindiyi üçün xüsusi komissiya yaradılmışdı. Həmin komissiyanın tərkibinə Roqozin də daxil edilmişdi.