Separatçı erməni lider snayperlə Azərbaycan torpağındakı hədəfi vurdu...- FOTO+VİDEO

1-06-2020, 09:16           
Separatçı erməni lider snayperlə Azərbaycan torpağındakı hədəfi vurdu...- FOTO+VİDEO
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin Şuşada and içmiş yeni rəhbəri Araik Arutyunyan həftə sonunu atış meydanında keçirib.

Moderator.az xəbər verir ki, işğalçı ölkə nəşrlərinin yaydığı məlumata görə, qondarma lider bu barədə öz “Facebook” səhifəsində yazıb.

"Yeni statusumda hərbi vətənpərvərlik mövzusunda ilk dərslərim... Günün qalan hissəsini atış zonasında keçirdim. Düşünürəm ki, gündüz atəşinin nəticəsi yetərli oldu. Çünki hədəfi 500 metr məsafədən uğurla vurdum. Yaxın vaxtlarda bu göstəricini yaxşılaşdırmağa çalışacağam. “Artsax”dakı bütün çağırışçıların döyüş bacarıqlarını daim yaxşılaşdırması sərhədin digər tərəfindən gələn döyüş hədələrinə ən yaxşı cavabdır... ”- Azərbaycan Respublikası ərazisinin 20 faizində at oynadan erməni separatçısı belə deyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru