"Azərbaycan vətəndaşlarının bu şəkildə alçaldılması ilə bağlı Rusiyadan izahat tələb edilməlidir"

18-06-2020, 00:02           
"Azərbaycan vətəndaşlarının bu şəkildə alçaldılması ilə bağlı Rusiyadan izahat tələb edilməlidir"
Azərbaycan Milli istiqlal Partiyası Azərbaycan hökumətini təxirəsalınmaz tədbirlər görərək ölkə sərhədlərindən kənarda köməksiz durumda qalan vətəndaşlarımızı təcili surətdə ölkəyə təxliyyə etməyə çağırır.

Xarici İşlər Nazirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin pandemiya dövründə bu və ya digər səbəblərdən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızla lazımi səviyyədə maraqlanmadıqlarını xüsusilə qeyd edərək bu sahədə görülən işlərin olduqca yarıtmaz olduğunu bəyan edirik.

Rusiya-Azərbaycan sərhədində vətəndaşlarımıza qarşı ləyaqəti alçaldan tərzdə göstərilən son münasibəti şiddətlə qınayırıq və Azərbaycan XİN-in bununla bağlı açıqlamasını qeyri-adekvat hesab edirik.

Diqqətə çatdırmağı vacib bilirik ki, baş verənlərlə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və Azərbaycan vətəndaşlarının bu şəkildə alçaldılması ilə bağlı izahat tələb edilərək ona Azərbaycan tərəfinin etiraz Notası təqdim olunmalıdır.

Vətəndaşına sahib çıxmaq Dövlətin bilavasitə Konstitusion borcudur!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.