Azadlığa çıxan AXCP fəalından Əli Kərimliyə TƏRS SİLLƏ: - İstefa verirəm!

18-06-2020, 18:12           
Azadlığa çıxan AXCP fəalından Əli Kərimliyə TƏRS SİLLƏ: - İstefa verirəm!
CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Correct.az xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib və bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.

Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O, bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənilib.

Q. Əliyev bildirib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.

Həmin görüntüləri oxucularımıza təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.