Rusiyadakı keçmiş səfirimiz əmri hardan alır? – Bu şəxslər vətənlərinə xəyanət etdi – AÇIQLAMA

26-07-2020, 17:29           
Rusiyadakı keçmiş səfirimiz əmri hardan alır? –
“Arif Məmmədov bu dəfə azərbaycanlılara müraciəti niyə rusca etdi?”

Politoloq Zaur Məmmədov bu fikirləri Qazet.az-a açıqlamasında bildirib.

Politoloq soydaşlarımızı təxribatdan uzaq olmağa çağıran keçmiş səfir Arif Məmmədovun videoçıxış zamanı xaricdə baş verənlərdə Azərbaycanı günahlandırdığını və bunun ermənilər üçün rus dilində Azərbaycana qarşı təbliğat olduğunu vurğuladı.

“Rus dilində keçmiş səfirin dilindən ermənilərin döyülməsi və ümumilikdə xaricdəki soydaşlarımızın Qarabağ piketlərinin keçirilməsi pislənilir, bu hallar hakimiyyətin provokasiyası kimi qələmə verilir. Təsadüfdür mü? Nikol Paşinyan da ötən həftə bənzər çıxış etmişdi.

Deməli, Sevinc Osmanqızı, Arif Məmmədov, Qurban Məmmədov və digərləri həm də eyni mərkəzdən əmr alaraq Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə qarşı mübarizə aparırlar.

İndiyə qədər hansı erməni çıxdı dedi ki, bütün təxribatların arxasında Paşinyan və erməni diasporası dayanır? Deməzlər də. Çünki, hamısı Azərbaycana qarşı mübarizə aparırlar. Lakin, yuxarıda adlarını çəkdiyim bu satqınlar bütün dünyaya bəyan etdilər ki, ermənilərdə günah yoxdur. Tovuz provokasiyasını başlayan, Zəhra balamızı cəbhədə snayperlə vuran, xaricdə bu günlərdə azərbaycanlı qocalara və qadınlara qrup halında hücum edən ermənilərə qarşı mübarizə aparmaq əvəzinə, bunlar erməni dəyirmanına su tökdülər”- deyə Z. Məmmədov qeyd etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.