Həmsədrlərin Moskva görüşü: Paris razılaşa bilmir? - Dəyərləndirmə...

20-11-2020, 09:03           
Həmsədrlərin Moskva görüşü:
ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkələri olan Fransa və ABŞ-ın mövqeyi Rusiyaya nəzərən çox zəifləyib. Xüsusilə rəsmi Paris Moskvanın tərəfləri təkbaşına sülhə razı salması ilə barışa bilmir.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin Moskvada baş tutan qapalı görüşü haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, həmsədrlər postkonflikt dövrdə ehtimal edilən problemlər barədə danışıb:

“Çünki müharibə hər nə qədər sülh bəyanatı ilə bitsə də, siyasi sferada hələ də davam edir. Real yanaşmalı olsaq, deyə bilərik ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövləti ABŞ və Fransa Rusiyanın münaqişədəki dominant mövqeyindən narahatdırlar. Məhz buna görə hazırda hər iki həmsədr ölkə çalışır ki, öz təsirlərini hiss etdirsinlər.

İstənilən halda münaqişənin siyasi həlli üçün danışıqlar olacaq və danışıqlar yeni reallıqlar üzrə aparılacaq. Hər üç ölkə yeni mərhələdə öz maraqlarını görmək istəyir.

Bu, hazırda ən çox Fransa və ABŞ-ın tələbidir. Lakin Fransanın sərgilədiyi ermənipərəst və qərəzli mövqe onun həmsədrliyini sual altına qoyur. Rəsmi Paris bu cür davranmağa davam etsə, düşünürəm, Azərbaycan ATƏT-ə müraciət edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru