“Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür” – Lavrov

21-11-2020, 22:20           
“Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür” – Lavrov
Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi” – deyə, o bildirib.

Nazir həmçinin bildirib ki, təmsil etdiyi ölkə beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru