Lavrov: "Qarabağ mövzusu ətrafında geopolitik oyunlara qarşıyıq"

22-11-2020, 04:56           
Lavrov: "Qarabağ mövzusu ətrafında geopolitik oyunlara qarşıyıq"
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ ətrafında müxtəlif tərəflərin mümkün geosiyasi ambisiyalarının təzahürlərini şərh edib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Əgər birinci sıraya geosiyasi ambisiyaları qoysaq, heç bir şey edə bilmərik. Biz bu cür cəhdləri qətiyyətlə rədd edəcəyik və diqqətimizi bu bölgədə yaşayan xalqların təməl maraqlarına cavab verən razılaşmaların həyata keçirilməsinə yönəldəcəyik”, – deyə rusiyalı diplomat qeyd edib.

Rusiyalı XİN başçısı Dağlıq Qarabağdakı üçtərəfli atəşkəs razılaşmasının bölgənin həm erməni, həm də azərbaycanlı əhalisinin maraqlarına cavab verdiyini vurğulayıb.

S.Lavrov əlavə edib ki, indi ən başlıca məqsəd insanların etnik mənsubiyyətindən və dini inanclarından asılı olmayaraq sülh və təhlükəsizlik şəraitində yanaşı yaşamalarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru