Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması... - Kalından önəmli açıqlama

22-11-2020, 09:23           
Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması... - Kalından önəmli açıqlama
Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması ən azı Qarabağın azad edilməsi qədər dəyərlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalında söyləyib.

Onun sözlərinə görə, dəhlizin açılması olduqca əhəmiyyətlidir.

Kalın əlavə edib ki, münasibətlərin yaxşılaşdırılması bütün region, ilk növbədə Ermənistanın özü üçün faydalı olacaq.

Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatının 9-cu bəndində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təmin edilməsi haqqında razılıq əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru