“5-ci kolon” qara piara başlayıb: - “O cür videolar saxtadır”

8-12-2020, 10:20           
 “5-ci kolon” qara piara başlayıb: - “O cür videolar saxtadır”
"Azərbaycan ordusunun Ermənistan ordusu üzərində parlaq qələbəsi düşmənləri ciddi narahat edir.

İçimizdəki, “5-ci kolon” demək olar ki, Ermənistan və Rusiya ilə koordinasiyalı fəaliyyət göstərib ordumuza qarşı qara piara başlayıblar. Həmçinin şübhəli qrant yeyənlər də bu kampaniyada yer alıblar".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, xüsusi təyinatlı qüvvələrə (XTQ) qarşı bu iyrənc kampaniya davam edir: "Məqsəd ordumuzu zəiflətmək, XTQ-nin ləğv olunmasına nail olmaqdır.

Çəkilən videolar montajdı və ermənilər tərəfindən hazırlanıb. XTQ- nin Şuşanı əlbəyaxa döyüşdə alması Ermənistanı və digər bizi istəməyənləri ciddi narahat edib. Azərbaycan rəsmi orqanları ordumuza qarşı bu çirkin kampaniyanın qarşısını almalıdır. Bu saxta videolarla bağlı ordusunun şəxsi heyətinin üstünə getmək yolverilməzdir.

Ermənistan ordusu daha da iyrənc və vəhşiliyə əl atıb. Bunları ordumuzun üzərinə atmaqla hədəfdən yayınırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru