Rusiya XİN-nin müavini erməni tərəfi ilə görüşdən imtina edib- Səbəb...

9-12-2020, 00:01           
Rusiya XİN-nin müavini erməni tərəfi ilə görüşdən imtina edib- Səbəb...
Rudenko Qarabağ gündəminə iddiada olan Gevondyanla görüşdən imtina etdi
Ermənistan xarici işlər nazirinin Moskvaya səfəri zamanı erməni tərəfi üçün xoşagəlməz hal yaşanıb.

Virtualaz.org-un məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko orada “arzulanmayam şəxs” olduğu üçün Ermənistan tərəfi ilə görüşlərdən birində iştirakdan imtina edib.

Rusiyanın diplomatik dairələrindəki mənbələrin məlumatına görə, hadisəyə Ermənistan xarici işlər nazirinin yeni müavini Armen Gevondyanın görüşdə iştirakı səbəb olub.

Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı Gevondyan kadr zabitidir, yeni vəzifəsinə Rusiyaya səfərdən bir neçə gün əvvəl təyin edilib.

Rusiya tərəfinin məlumatına görə, “məxməri inqilab” zamanı Gevondyan Paşinyanın əhatəsi ilə gizli əməkdaşlıq edərək, onu ölkə siyasətinin məxfi xarici və daxili məqamları haqda operativ informasiya ilə təmin edib.

Daha sonra Gevondyan xarici siyasət xətti ilə Belarusa göndərilib, lakin bu yaxınlarda Minskdən geri çağırılıb və yüksək vəzifəyə təyin edilib. Mənbələrin bildirdiyinə görə, Gevondyanın Moskvaya hazırkı səfərinin məqsədi, Qarabağ gündəmi də daxil olmaqla, bütün Rusiya-Ermənistan münasibətlərini özünə bağlamaqdır.

Ermənistan xarici işlər nazirinin müavini Armen Gevondyan

Səfər zamanı Gevondyan, Ermənistan hökumətini tənqid edən Rusiya KİV-lərinə və Ermənistandan gələn mühacirlərin nəzarətində olan böyük biznes nümayəndələrinə qarşı şikayətlərini də dilə gətirib. Mənbəyə görə, o, "nəşrlərin nümayəndələrinə və sahibkarlara lazımi təsir göstərilməsini" tələb edib. Amma...

Mənbə dəqiqləşdirdiyi kimi, bu məsələdə ona imtina edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru