Hikmət Hacıyev Pakistana təşəkkür etdi

12-12-2020, 03:18           
Hikmət Hacıyev Pakistana təşəkkür etdi
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistana təşəkkür edib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

H.Hacıyev Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin paylaşımına “çox təşəkkürlər, əziz pakistanlı qardaşlar” cavabını verib.

Pakistanın ölkəmizdəki səfiri Bilal Hayenin paylaşımında qeyd olunub:

“Hökumət və Pakistan xalqı həmişə Azərbaycanın yanında olub və azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin ata-baba torpaqlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”, - deyə H.Hacıyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru