Abovyan: "Hakimiyyət Bakı və Ankaranın şərtlərini yerinə yetirməyə hazırdırmı?"

12-12-2020, 08:57           
Abovyan: "Hakimiyyət Bakı və Ankaranın şərtlərini yerinə yetirməyə hazırdırmı?"
“Rüsvayçı savadsızlıq və vəziyyətə fantastik bir nəzarət çatışmazlığı – Ermənistanın hazırkı hakimiyyət orqanlarının təklif edə biləcəyi hər şey budur”.

KONKRET.az xəbər verir ki bu fikirləri “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan dekabrın 11-də parlamentdəki brifinqdə söyləyib. Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycan və Türkiyə hər biri özünəməxsus şəkildə, “Artsax”dan başqa Ermənistana da ərazi iddiaları irəli sürür.

Abovyan jurnalistlərin diqqətini hazırkı hakim elitanın Azərbaycan liderinin Zəngəzur, Sevan və İrəvanı “Azərbaycan torpaqları” adlandıran açıqlamaları fonunda Azərbaycanla diplomatik əlaqələrin bərpa olunmasının perspektivləri barədə danışmağa başladığına yönəldib. “Ya başa düşmürlər, ya da anlamaq istəmirlər, ya da bilərəkdən müəyyən bir xətti izləyirlər. Qarşı tərəf sizin ərazilərinizə, paytaxtınıza açıq ərazi iddiaları irəli sürərsə, hansı diplomatik münasibətlərdən danışmaq olar?”, – deyə Abovyan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru