Qarabağdakı atəşkəs pozuntusuna Rusiyadan REAKSİYA

12-12-2020, 23:18           
Qarabağdakı atəşkəs pozuntusuna Rusiyadan REAKSİYA
Rusiya sülhməramlıları Hadrutdakı atışmadan sonra Qarabağda münaqişə tərəflərinə atəşkəsə riayət olunması üçün müraciət edib.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı sülhməramlı qüvvələrin qərargahının nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

“Hadrut rayonunda avtomat silahlardan atışma qeydə alınıb. Birbaşa kanallar vasitəsilə operativ şəkildə tərəflərdən atəşkəsə riayət olunması tələb olundu”, – sülhməramlıların nümayəndəsi bildirib.

Rusiya MN-dən isə qeyd edilib ki, bu, 10 noyabrdan bəri atəşkəsin ilk dəfə pozulmasıdır və artıq vəziyyət stabilləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru