“Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılması lazımdır” - Paşinyan
14-12-2020, 00:00
"Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılması lazımdır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib.
O deyib ki, hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq lazımdır. Baş nazir ona qarşı kampaniya aparıldığını amma istefaya getməyəcəyini bildirib.