“Cənab Ərdoğanın İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram” –İran prezidenti
15-12-2020, 00:19
İran Prezidenti Həsən Ruhani Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə münasibət bildirib.
Ruhani Türkiyə və İranın qonşu ölkələr olduğunu, bu iki ölkənin münasibətlərinin əhəmiyyətini vurğulayıb.
“Türkiyə rəsmiləri açıq şəkildə bildirdilər ki, o, Azərbaycanın torpaqlarının azad olunmasından duyduğu sevincli bildirmək niyyətində olub. Ərazi bütövlüyü, İranın mövqeyi xüsusi əhəmiyyətə malikdir. Türkiyə rəsmiləri açıq şəkildə bildirdi ki, cənab Ərdoğanın həmin çıxışında regional əməkdaşlığa diqqət yetirib. Cənab Ərdoğanı tanıdığım üçün onun İranın ərazi bütövlüyünü şübhəyə alacağına inanmıram”. (apa)