İran - dostdur yoxsa düşmən?
15-12-2020, 10:54

II yazı...
Amerikanın “Qara müsəlmanlar” təşkilatının radikal qanadının Tehrandakı bank hesabında hələ 2000-ci ilin əvvəlində 4 milyon 786 min dollar vardı.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, 2001-ci ildən başlayaraq bu banka “İslam Təhlükəsizlik Mərkəzi”ndən ardıcıl olaraq, “İranın diqtə etdiyi islami ideyalara” yardımçı olmaq və bu “ideyaların” sərhədlərdən kənara təbliğatı üçün hər il 250 min dollar vəsait xərclənir.
Məlumata görə, bu bank hesabı İran İslam İnqilabının Keçikçi dəstələrinin Baş Qərargahına məxsus bank hesablarındandır.
Ən maraqlısı isə odur ki, bu təşkilatın Kaliforniyadakı mərkəzinin liderlərində olan, vaxtilə ABŞ-ın Hərbi Hava Qüvvələrinin zabiti olmuş Devid Belflid sonradan Tehranda sığınacaq aldı. Keçmiş İran diplomatı Əli Təbatəbayinin qətlində birbaşa iştirakçı olanDevid Belflid sonradan bu təşkilatın Tehrandadakı qərargahında işləyirdi.
2000-ci ilin oktyabr ayında Tehranda bilavasitə “islami ideyaları” qoruyub saxlamaq, ölkə daxili və xarici düşmənləri məhv etmək üçün “Məxfi məsləhət şurası” yaradıldı. Mərhum həmkarımız Rafiq Tağının da məhz bu şuranın təklifi ilə qətlə yetirildiyi barədə informasiyalar var.
Bu şuraya Ayətulla Xameneyinin xarici məsələlər üzrə müşaviri olan Doktor Əli Əkbər Vilayəti, Rey şəhərinin məxfi bürosunun rəhbəri, general Möhsün Rezayi, “Ettalat” informasiya nazirliyinin başçısı, general Qurbanəli Dürri Nəcəfabadi, DİN-in keçmiş rəhbəri, general Əli Məhəmməd Bəşarəti –Cərami, xüsusi hicazi kəşfiyyat bürosunun direktoru daxil idi.
Elə həmin ayda, “Məxfi Məsləhət Şurası” , “İran inqilabının kəşfiyyat layihəsi”ni müzakirə edir.
Layihəyə əsasən, İranda “islami ideyaların” düşmənlərinə və “inqilab strategiyasına” qarşı 19 şəhər və rayonda terror və “düşmənlərin zərərsizləşdirilməsi” məktəbləri, təlim-məşq zonaları yaradılır.
Bu məktəblərdə xüsusi kurslar təşkil edilir və kursların əsas fəaliyyət istiqamətləri müəyyən edilir:
a) İran ərazisində xarici vətəndaşların “verbovkası”
b) Xəzəryanı dövlətlərin və xüsusən də Zaqafqaziyanın ərazisində “inqilabi-islami” ideyaların təbliği, strateji informasiya və məlumatların toplanması.
c) Ərazidəki ABŞ və İsrail mərkəzləri haqqında məlumatları toplanması
d) Azərbaycan ərazisində NATO-ya üzv olan ölkələrə məxsus diplomatik korpuslarda, təhsil və sənaye sahələrində “İslami cihad prinsipləri”nin həyata keçirilməsi, Bu prinsiplərə isə İsrail və Amerika diplomatlarına, hərbçilərinə, iş adamlarına qarşı amansızlıq taktikası aid idi.
e) İslam düşmənlərinin və “Peyğəmbər – Əhli-beyt əleyhdarlarının” aradan götürülməsi
Bu mərkəzlər üçün hazırlanmış təlimatda yer alan 28 məsələni Xəzəryanı dövlətlərdə, o cümlədən Ermənistan və Gürcüstanda planlaşdırılırdı.
(ardı var...)
Cəmil Məmmədli
Teref.az