Kremlin sözçüsü Dmitri Peskovun ənənəvi brifinqi ləğv edilib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Kreml bunu prezident Vladimir Putinin böyük mətbuat konfransına hazırlıqla bağlı olduğunu izah edib.
Qeyd edək ki, Rusiya prezidenti 17 dekabr cümə axşamı ənənəvi brifinqini keçirəcək. Tədbir günortadan sonra başlayacaq.
Xatırladaq ki, mətbuat konfransı üçün 800-dən çox jurnalistin akkreditə olunduğu bildirilir.