İqor Strelkov: "Dağlıq Qarabağda hərbi bazanın yaradılması Rusiyanın ən böyük səhvi olardı"
20-12-2020, 12:14
“Rusiya Federasiyası Azərbaycanın razılığı olmadan Qarabağda hərbi baza qura bilməyəcək. Çox güman ki, Bakının heç zaman belə bir fikri olmayacaq. Razılaşma Rusiya sülhməramlılarının Qarabağ ərazisində 5 illik qalmasını nəzərdə tutur. Ancaq Azərbaycan ondan birtərəfli qaydada çıxa bilər və Rusiya kontingentinin geri çəkilməsini tələb edə bilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “DXR”-nin keçmiş müdafiə naziri İqor Strelkov “NSN”-nin efirində səsləndirib. Onun fikrincə, Dağlıq Qarabağda hərbi bazanın yaradılması Rusiya hakimiyyətinin səhvi olacaq:
“Dağlıq Qarabağda bir bazanın yaradılması “girovlar institutu” ideyasından o yana keçməyəcək. Oradakı Rusiya kontingenti demək olar ki, tamamilə Azərbaycan-Türk koalisiyası ilə əhatə olunub. Orada bir bazanın yaradılacağı və ya yaradılmayacağının hərbi baxımdan heç bir əhəmiyyəti yoxdur. Rusiya Federasiyasının əsas ərazisi ilə Qarabağın nə quru, nə də dəniz əlaqəsi mövcud deyil. Nəticədə həmin baza Rusiya-Türkiyə maraqlarının girovuna çevriləcək”.