Məlum olur ki, Rusiya özü Çeçenistanın tərkibinə girib.

2-02-2016, 13:09           
Məlum olur ki, Rusiya özü Çeçenistanın tərkibinə girib.
Hafta.az-ın verdiyi xəbərə görə, Rusiya ötən il oktyabrın 31-də Misir səmasında “A321” sərnişin təyyarəsinə qarşı törədilən terrorda “türk izi” tapdığını iddia edir. FSB-dən “Kommersant”a bildiriblər ki, təyyarənin partladılmasının arxasında “türk radikal millətçi “Bozqurd” təşkilatı” dayana bilər.

Bəs burada həqiqət payı nə qədərdir? Yoxsa Rusiya “vurulan təyyarə” olayından sonra Türkiyəni yenidən oyuna gətirmək istəyir?

Məsələyə münasibət bildirən politoloq Şahin Cəfərli deyir ki, FSB “Bozqurd” adlı təşkilat olmadığını bilməyəcək qədər zəif struktur deyil. Onun sözlərinə görə, “Bozqurdlar” deyəndə adətən Ülkü Ocaqları mənsubları və digər MHP-lilər, ümumi mənada türk millətçiləri nəzərdə tutulur:

“Nə vaxtsa ülkücü olmuş bir dəlinin gedib İtaliyada Roma Papasına sui-qəsd etməsi fərdi təşəbbüsdür. Qurumlara - Ülkü Ocaqlarına, MHP-yə aidiyyəti yoxdur. Düzdür, ülkücü hərəkatın keçmişində qaranlıq səhifələr var. 70-ci illərdə sağ-sol mübarizəsi zamanı qətllər də törədiblər, “dərin dövlət” “yapılanmaları”, Özəl Hərb Dairəsi, “Qladio” filan… Onların bəzilərindən müxtəlif məqsədlər üçün yararlanıb, lakin bunun beynəlxalq terrorçuluq fəaliyyəti ilə əlaqəsi yoxdur. Ülkücüləri silahsız insanların, qadın və uşaqların kütləvi qətli kimi bir cinayətdə suçlamaq absurd və qeyri-ciddi iddiadır”.

Şahin Cəfərlinin sözlərinə görə, Putin o nəhəng dövləti elə vəziyyətə salıb ki, adam istər-istəməz Rusiyanın halına acıyır və bu durumdan tezliklə xilas olmasını arzulayır:

“Çeçenistandakı bir gəda bu gün rus ziyalılarını, müxalif siyasətçilərini ölümlə hədələyir. Nemtsov kimi işıqlı insanın qətlini onun təşkil etdiyi şübhəsizdir. Kreml isə bu hədələr qarşısında ya susur, ya da "bilirsinizmi, Kadırov əslində onu nəzərdə tutmayıb" deyə vəziyyəti yumşaltmağa çalışır. Putin guya hərbi əməliyyatlar keçirib, Çeçenistanı Rusiyanın tərkibinə qaytarmışdı. Məlum olur ki, Rusiya özü Çeçenistanın tərkibinə girib. Vereşşagin demişkən, "za derjavu obidno".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.