Ermənilər şokda - Zavod Bakının nəzarətinə keçdi

27-12-2020, 00:42           
Ermənilər şokda -
Hadrut (Ağaoğlan) rayonunun Tuğ kəndində yerləşən "Kataro" şərab istehsalı zavodu Bakının nəzarətinə keçib.

Pravda.az xəbər verir ki, bu barədə "SputnikArmenia"ya Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyan məlumat verib.

O bildirib ki, üzüm bağları və şərabla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.

Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:

"Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar.

İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru