Rusiya qorxuya düşüb - “NATO-nun hava sərhədi yoxdur”

3-02-2016, 08:11           
Rusiya qorxuya düşüb - “NATO-nun hava sərhədi yoxdur”
NATO-nun hava sərhədləri deyə bir anlayış yoxdur. Rus təyyarəsinin Türkiyə hava sərhədini pozması olayını NATO-nun araşdırması təəccüblüdür. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Avropa ilə əməkdaşlıq komitəsinin sədri Andrey Kelin deyib.
“Daha əvvələr də Türkiyə rəsmiləri söyləmişdi ki, hava sərhədinin pozulması olayı iki ölkə arasında olan məsələdir. NATO-nun bu məsələ ilə bağlı öz üzərinə hər hansı vəzifəni götürməsinə ehtiyac yoxdur”, - Kelin bildirib.
Qeyd edək ki, yanvarın 29-u Rusiyanın Su-34 qırıcısı Türkiyənin hava sərhədini pozub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.