Prezidentdən sərəncam: Yeni mədəniyyət naziri təyin olundu - Foto

5-01-2021, 16:30           
Prezidentdən sərəncam: Yeni mədəniyyət naziri təyin olundu - Foto
Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Teref.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, A.Kərimov ötən ilin iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru