Rusiya Müdafiə Nazirliyindən İlham Əliyevin Moskva səfəri öncəsi TƏXRİBAT - Dağlıq Qarabağ respublika kimi təqdim olundu

5-01-2021, 17:30           
Rusiya Müdafiə Nazirliyindən İlham Əliyevin Moskva səfəri öncəsi TƏXRİBAT -
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mil.ru) yerləşdirilən xəbərin başlığında Dağlıq Qarabağ respublika kimi təqdim olunub.
Yeniavaz.com xəbər verir ki, nazirliyin saytında yerləşdirilən xəbərə “Hərbi sülhməramlı həkimlərin səhra briqadaları DQR-nin yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərdilər” (“Выездные бригады военных врачей-миротворцев оказали помощь более 1100 жителям в населенных пунктах НКР”) başlığı qoyulub.
Qeyd edək ki, xəbərin başlığındakı DQR - Dağlıq Qarabağ Respublikasının abreviaturasıdır (sözün baş hərflərini saxlamaqla düzəldilən forma).
Xəbərdə bildirilir ki, Rus sülhməramlıları Dağlıq Qarabağın ucqar yaşayış məntəqələrində hərbi həkimlər üçün çoxfunksiyalı həkim qrupları yaradıblar. Son bir gündə Rusiya hərbi həkimləri Martuni bölgəsinin Nnqi qəsəbəsinin 50-dən çox sakininə tibbi yardım göstərdilər. Ümumilikdə, Rusiya hərbi həkimləri 135 uşaq daxil olmaqla 1100-dən çox Dağlıq Qarabağ sakininə yardım göstərdilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru