“Başının üstündə bir dəfə də bomba partlatmaq lazımdır ki, əvvəlki vəziyyətə qayıtsın" - Balasanyanın təxribatçı sərsəmləməsinə CAVAB
6-01-2021, 16:04

“Başının üstündə bir dəfə də bomba partlatmaq lazımdır ki, əvvəlki vəziyyətə qayıtsın"
Xəbər verdiyimiz kimi, terrorçu rejimin "Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan bildirib ki, Qarabağa gediş-gəlişə nəzarətin yeni kriteriyalarının müəyyənləşdirilməsinə hazırda ehtiyac yoxdur: "Qarabağdakı silahlılar silahları təhvil verməyəcək".
O, Qarabağdakı ermənilərdə qeyri-leqal silahların olmadığını iddia edib, silahlı qüvvələr və güc strukturlarının “öz vəzifələrinin” öhdəsindən gəldiklərini deyib.
Ümumiyyətlə, son günlər ermənilər tərəfindən belə sərsəm bəyanatların, qanunsuz hərəkətlərin sayı artıb. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsini həzm edə bilməyən ermənilər bu cür açıqlamaları ilə təxribata cəhd edir.
Balasanyanın belə sərsəm, təxribatçı bəyanatları, “özgüvəni” nədən qaynaqlanır və o, hansı hüquqla qanunsuz erməni silahlı birləşmələrdən silahların yığılmayacağından əminlik ifadə edir?
Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Qabil Hüseynli deyib ki, həmin quldur dəstələrinə qarşı yerində tədbirlər aparılır:
"Bu çıxışlar sözsüz ki, qıcıq yaradacaq. Ərazi bizə məxsusdursa, burada qayda-qanunu da biz müəyyənləşdirməliyik. Bunlar adi quldur dəstəsidir. Quldur dəstəsi isə yerindəcə güllələnməlidir. Bu istiqamətdə Azərbaycan Təhlükəsizlik Xidməti lazımi tədbirlər görür. Həmin qanunsuz silah daşıyan şəxslərin yeri müəyyənləşdirilir, daha sonra ya həbs edilir, ya da yerindəcə öldürülür. Təhlükəli olan odur ki, bir ucdan erməni silahlı dəstələrini Laçın dəhlizi ilə göndərirlər, nəticədə əraziyə səpələnmə məsələsi ola bilər. Onun qarşısını almaq lazımdır. Yoxsa ərazidə qalan bir-iki erməni silahlısını neytrallaşdırmaq ordumuz üçün çətin deyil. Davamı gələrsə, təhlükəlidir. Bu çıxışlar onu göstərir, ermənilər rusların ürək-dirək verməsi, dəstəyi ilə özlərinə gəlirlər. Ona görə də onların başının üzərində bir dəfə də bomba partlatmaq lazımdır ki, əvvəlki vəziyyətlərinə qayıtsınlar".