ABŞ Dövlət Departamenti Ukraynada nazirin istefasını şərh edib

4-02-2016, 09:09           
ABŞ Dövlət Departamenti Ukraynada nazirin istefasını şərh edib
ABŞ Dövlət Departamenti Ukrayna hökumətini şəxsi maraqları kənara qoyub, ziddiyyətlərə üstün gələrək islahatları davam etdirməyə çağırır.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Bizim Ukraynanın İqtisadi İnkişaf naziri Ayvaras Abromaviçusun istefa haqqında məlumatımız var. Qeyd etmək lazımdır ki, A.Abromaviçus və onun komandası Ukraynada mühüm islahatlar həyata keçirib. Bu islahatlar, ilk növbədə, iqtisadiyyatın stabilləşdirilməsi, korrupsiyanın aradan qaldırılması və Ukraynanın Beynəlxalq Valyuta Fondunun kredit proqramlarının tələblərinə uyğunlaşdırılmasına yönəlmişdi. Ümid edirik ki, A.Abromaviçusun istefasına baxmayaraq, bu səylər davam etdiriləcək”, deyə C.Kirbi bildirib.

Xatırladaq ki, fevralın 3-də Ukrayna İqtisadi İnkişaf naziri Ayvaras Abromaviçus tutduğu vəzifədən istefa verib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.