"Rusiya Ermənistan üçün son variantı təklif etdi" - Dmitri Yevstafyev

22-01-2021, 11:06           
"Rusiya Ermənistan üçün son variantı təklif etdi" - Dmitri Yevstafyev
“Dağlıq Qarabağla bağlı danışmaq istəməzdim. Ancaq müxtəlif şərhləri oxuduqdan sonra və sizin sualınıza cavab olaraq bir neçə xoşagəlməz şeylər söyləməyə qərar verdim. Artıq başa düşmək lazımdır ki, “Böyük Ermənistan”, “Dənizdən dənizə”, Los-Ancelesdən Beyruta qədər Ermənistan olmayacaq. Ona görə yox ki, Paşinyan nəyisə korladı, yox, ona görə ki, bu milləti içəridən məhv etmək üçün ortaya atılmış mifik fikirlərdir. Xalq bu yükü daşıya bilmir və yaxud daşımaq istəmir. Çünki bu yolda yürüyən komandanlar da, döyüşçülər də artıq yorulub”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Zham.am” nəşrinə müsahibəsində Rusiyalı politoloq Dmitri Yevstafyev söyləyib.

Politoloqun fikrincə, bundan sonra Ermənistan və erməni xalqının gələcək mövcudluğu üçün iki yol qalır. Birincisi, Ermənistan böyük Rusiyanın etnoqrafik vilayətinə çevrilir. Kalininqrad kimi, lakin daha yaxşı lojistik şərtlərlə. İkincisi, çox kiçik olan Ermənistan Böyük Turan İmperiyasının Bakı Vilayətində etnoqrafik valiliyə çevrilir. Bütün digər variantlar, konsepsiyalar və digər versiyalar xülyadır, şeytanidir.

“Bu yollardan hansını seçmələri üçün ermənilər sakitləşməli, oturmalı və ətraflı düşünməlidirlər. Ermənistanın və Dağlıq Qarabağın Rusiyanın hərbi və iqtisadi zəmanətləri altında “Şimal-Cənub” dəhlizinə daxil edilməsi ilə Ermənistanın və erməni xalqının xilası olduğunu başa düşməyin vaxtı çatıb. İqtisadi cəhətdən zəifləyən bir anklav heç olmasa, bununla özünü sosial və iqtisadi cəhətdən təmin edə bilər. Paşinyan yox, erməni xalqı bu seçimin əhəmiyyətini dərk edə bilmirsə, onda Rusiya ermənilər üçün bundan artığını edə bilməyəcək. Yeni dünya zalımdır. Bütün xəyalları süpürüb-aparır. Amma məcburən onun içində yaşamağı öyrənməlisən”, – deyəYevstafyev fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.