Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC

27-01-2021, 17:20           
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB - İLGİNC
Cavad Zərifdən erməni həmkarına şillə kimi CAVAB
İran xarici işlər naziri Cavad Zərif ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

Modern.az xəbər verir ki, Ara Ayvazyan Cavad Zərifin Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycan prezidentini və xalqını təbrik etməsindın narazılığını üstüörtülü formada bildirib.

Belə ki, erməni nazir “Qarabağdakı son müharibənin nəticələri regionda sülh üçün əsas ola bilməz. Regionda təhlükəsizliyi və stabilliyi yalnız qalib ya məğlubun olmadığı sülh təmin edə bilər ”- deyə Ayvazyan görüş zamanı söyləyib.

Buna cavab olaraq, Cavad Zərif erməni diplomata ölkələrin ərazi bütövlüyü prinsipi barədə danışıb.

“İran bütün ölkələrin ərazi bütövlüyünə böyük önəm verir”.

Xatırladaq ki, Bakıda səfərdə olan Cavad Zərif İlham Əliyevlə görüşü zamanı Qarabağın işğaldan azad olunması münasibətilə prezidenti və xalqı təbrik etmişdi.

“Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.