Azərbaycanın səfiri Moldovanın spikeri ilə görüşdü

10-02-2021, 20:10           
Azərbaycanın səfiri Moldovanın spikeri ilə görüşdü
Fevralın 10-da Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ölkə parlamentinin sədri Zinaida Qreçanı ilə görüşüb. Görüşdə həmçinin Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov da iştirak edib.

Görüş zamanı iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Moldova parlamentlərində fəaliyyət göstərən dostluq qrupları arasında birgə və səmərəli fəaliyyətin davam etdirilməsi perspektivləri müzakirə edilib. Bundan başqa, diaspor fəaliyyətinə dair də danışılıb.
Spiker təəssüflə qeyd edib ki, pandemiya səbəbindən Azərbaycana nəzərdə tutulan səfəri indiyədək reallaşa bilməyib.

Z.Qreçanı yüksək templə inkişaf edən Moldova-Azərbaycan münasibətlərindən məmnunluq ifadə edib, pandemiya ilə əlaqədar təxirə salınmış qarşılıqlı səfərlərin yaxın gələcəkdə davam etdirilməsinə ümidvar olduğunu qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru