Qarabağda üçüncü müharibə: Ordumuz hazırdır və... - "Biz yenidən qalib gələcəyik"

1-03-2021, 12:43           
Qarabağda üçüncü müharibə: Ordumuz hazırdır və... -
Son günlər Ermənistanda baş verən siyasi hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Belə ki, Baş Qərargah rəisi Onik Qasparyan və yüksək rütbəli zabitlər Baş nazir Mikol Paşinyan və hökumətin istefasını tələb edirlər.

Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Redaktor.az-a açıqlamasında maraqlı məqamlara toxunub:

“Nikol Paşinyan müqavimətini davam etdirir, istefa verməyi düşünmür. Bu gün paytaxt İrəvanda mitinq keçirəcək. Amma bir ehtimaldır, o, hakimiyyətdən getsə, yerinə gələnlərin 10 noyabr bəyanatından çıxması inandırıcı deyil. Ermənistanda hamı bilir ki, müharibə bitib. Hazırda onlar müharibə edəcək vəziyyətdə deyillər, hərbi tenikalarının 80-90 faizini itiriblər. Lakin hər ehtimalı düşünmək lazımdır, bizim üçün fərqi yoxdur, əgər bir daha müharibə olsa, yenə də qalib gələcəyik. Əksinə, bizim üçün sərfəlidir, manevr imkanlarımız genişlənəcək, qarşımızda duran digər hədəflərə də çata bilərik".

Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyana qarşı sui-qəsd olarsa, o zaman hakimiyyət dəyişilə bilər, erkən parlament seçkiləri keçirilə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.