KİV: Ər-Riyad neft hasilatının uzadılmasını dəstəkləməyə hazırdır

30-03-2021, 08:03           
KİV: Ər-Riyad neft hasilatının uzadılmasını dəstəkləməyə hazırdır
Səudiyyə Ərəbistanı OPEC+ sazişi çərçivəsində may və iyun ayları üçün neft hasilatının uzadılmasına dəstək verməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, krallıq hakimiyyəti də neftin qiymətlərini artırmaq üçün istehsal ölkəsi tərəfindən könüllü şəkildə ixtisar müddətini uzatmağa hazırdır.

"Onlar (Səudiyyə Ərəbistanı hakimiyyəti - red) kifayət qədər güclü tələbat müşahidə etmirlər və qiymətlərin düşməsinin qarşısını almaq istəyirlər", - mənbə agentliyə bildirib.

Dünən bildirilib ki, dünya bazarlarında səhər saatlarında 2 % həcmində azalan neft qiymətləri günortadan sonra artmağa başlayıb. İnvestorlar Süveyş kanalındakı vəziyyəti qiymətləndirirlər, həmçinin görüşlərdən əvvəl OPEC+ razılaşması ilə bağlı xəbərləri gözləyirlər.

Ötən həftə neft qiymətləri investorların hadisələrin tədarükə təsiri ilə əlaqədar birmənalı olmayan qiymətləndirmələri səbəbindən dəyişkən olub: neft əvvəlcə 4-6 % dəyər itirib, daha sonra qiymət bərpa olunub, ardından yenidən eniş və artım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru