ABŞ Ukraynanın şərqindəki son hadisələrdən narahatdır

1-04-2021, 07:59           
ABŞ Ukraynanın şərqindəki son hadisələrdən narahatdır
“Amerika Birləşmiş Ştatları Ukraynanın şərqində baş verən son hadisələrdən narahatdır”.

“Report”un məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfinin hərəkətləri, keçən ilin iyul ayında deeskalasiya razılaşmasını alt-üst edib.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində separatçıların hücumu nəticəsində Ukrayna ordusunun dörd hәrbçisi hәyatını itirib, ikisi dә yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru