İranın 2 yeni nüvə kaskad sentrifuqası hazırdır
1-04-2021, 23:17

İran yeraltı Natanze nüvə obyektində uranın zənginləşdirilməsi üçün yeni nəsil dördüncü kaskad sentrifuqadan istifadə edir.
Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məruzəsinə istinadən məlumat yayıb. "İran 174 sentrifuqadan olan İR - 2M-in dördüncü kaskadına təbii UF6 (heksafluorid Uran) tədarükünü təsdiq edib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İran 2020-ci ilin sonunda yüksək zənginləşdirilmiş uranın (20% - dən) istehsalına başlamaq barədə yenidən qərar verib və MAQATE-nin genişləndirilmiş yoxlamalarından imtina etmək haqda qanunu qüvvəyə minib.
Martın 10-da ABŞ-ın dövlət katibi Entoni Blinken Tehranın 2015-ci il üçün hərtərəfli fəaliyyət planına tam qayıtmasına qədər ABŞ-ın İrana sanksiyaları aradan qaldırmayacağını bəyan edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ-ın bu sövdələşməyə yenidən qoşulmasından, müvafiq sanksiyaları aradan qaldırdıqdan sonra Tehranın öhtəlikləri yerinə yetirilməsinə hazır olduğunu deyib.