“Rusiya Ukrayna ilə sərhədə hərbi texnika yığır” – “Palitra” qarışıb!

8-04-2021, 14:14           
“Rusiya Ukrayna ilə sərhədə hərbi texnika yığır” –
Rusiya ilə Ukrayna arasındakı münasibətlər hazırda postsovet məkanının siyasi müstəvisindəki əsas mövzulardandır. Əslində Qərbin, xüsusilə ABŞ-ın mövqeyini nəzərə alsaq, məsələnin beynəlxalq xarakter daşıdığını söyləyə bilərik. Ekspertlərin proseslərin inkişafı barədə fikirləri isə müxtəlifdir. Siyasi analitik, jurnalist Elçin Alıoğlu bu barədə “Sherg.az”a danışdı:
“Rusiya Ukrayna ilə sərhəd boyunca canlı qüvvə, silah, sursat və hərbi texnika yığır. Rusiya hərbçilərinin Ukrayna ilə dövlət sərhədini keçmək niyyətində olduqlarını yalnız həmin arealda hərbi-səhra hospitallarının yaradılmasından sonra demək olar. Hospitallar yoxdursa, Kremlin ciddi döyüşlərə hazırlaşdığından bəhs etmək əbəsdir. Qoşunları sərhəd yaxınlığına yığmaq başqa, orada yanacaq, sursat anbarları və hospitallar yaratmaq başqa. Maddi-texniki təminatın gücləndirilməsi, lokal məkanda bəhs etdiyim obyektlərin yaradılması niyyətin ciddiliyinin göstəricisidir”.

O, həmçinin tərəflərin məqsədlərini də açıqladı:

“Ukrayna indi həddən artıq diqqətli və ehtiyatlı olmalı, rusiyalı hərbçilərə aktivləşmək üçün səbəb verməməlidir. Çünki Rusiya belə səbəbdən dərhal istifadə edəcək. Rəsmi Kiyevin istədiyi Donetsk və Luqanskdakı terrorçu-separatçı xuntalara son qoymaqdır. Rusiyanın arzusu isə Odessaya çıxış əldə etmək, bu minvalla Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək, habelə Mariupol və Berdyanska irəliləyiş vasitəsilə Krım üçün "dəhliz" yaratmaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru