ABŞ məsələnin həllini ermənilərin Qarabağdan tam çıxmasında görür...”

10-04-2021, 21:41           
ABŞ məsələnin həllini ermənilərin Qarabağdan tam çıxmasında görür...”
“ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent ABŞ-ın Qarabağ məsələsinə münasibətini ortaya qoyan həlledici bir açıqlama verib. Dövlət katibinin köməkçisi “Türkiyə irsi” Amerika təşkilatında çıxış edərkən bildirib ki, görünür, Rusiya Qarabağ məsələsini həll etmək istəmir. Üstəlik, o, “problemin həlli”nin Amerika variantını daha da konkretləşdirərək deyib: “Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda uzun müddət qalmaq niyyətində olmasından narazılıq edəcəyini gözləyirəm”.

Teref.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.

“Beləliklə, hər şey aydın və konkret şəkildə söylənilir: ABŞ məsələnin həll yolunu ermənilərin Qarabağdan tamamilə çıxması və onun Azərbaycana verilməsində görür. Bu baxımdan son Qarabağ müharibəsi dövründə ABŞ-ın davranışı anlaşılan olur” – deyə erməni politoloq bildirir.

S.Danielyanın sözlərinə görə, digər bir vacib tezis ABŞ rəsmisinin Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsini gözləməsidir.

“Daha aydın və anlaşıqlı demək çətindir. Bu, ABŞ-ın Qarabağ məsələsindəki siyasətidir”- Ermənistan politoloqu vurğulayıb. /Moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru