Araik Arutunyanı Moskvaya kim çağırıb?

24-04-2021, 10:56           
Araik Arutunyanı Moskvaya kim çağırıb?
Erməni mətbuatının yazdığına görə, qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Araik Arutyunyan təcili Moskvaya çağırılıb. Azərbaycan şəhərlərinin dinc əhalisini bombalanması əmrini vermiş, əlində xalqımızın qanı olan bir qatili kim və nə məqsədlə Moskvaya çağıra bilər? Çağırılmayıbsa, heç bir səlahiyyəti olmayan bir kimsə Moskvada kimlərlə və nə məqsədlə görüşə bilər? Dağlıq Qarabağdakı bu günkü hadisələr bizə düşünməyə əsas verir ki, biz qondarma prezidentin bu səfərini təsadüfi saymayaq.
Bildiyimiz kimi, Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 9 mayda Xankəndində, Şuşanın işğalı, Qarabağ erməni ordusunun yaranmasının 20 illiyi və faşizm üzərində qələbə gününü birlikdə hərbi parad kimi keçirməyə hazırlaşır. Azərbaycanın icazəsi olmadan keçirilməsi planlaşdırılan bu paradda növbəti təxribatın olmayacağına kim zəmanət verə bilər? Məncə bu suallar bizi düşündürməlidir.

Qorqud partiyasının sədri Firudin Kərimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru