Rusiya Qara dənizdəki üç bölgəni döyüş gəmiləri və dövlət əmlakı kateqoriyasındakı gəmilərə bağlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi Naviqasiya və Okeanoqrafiya İdarəsinin bülletenində məlumat yayılıb. Məhdudiyyətlər bu gün axşam 21:00-dan tətbiq olunacaq və bu məhdudiyyət oktyabrın 31-dək qüvvədə qalacaq.
Bu müddətdə Sevastopol-Qurzuf arasındakı sahil ərazisi, Kerç yarımadası sahillərindəki Opukski təbiət qoruğunun ətəyindəki sahə və Krımın qərb hissəsinə yaxın kiçik bir sahə qapalı olacaq.
O da qeyd edilib ki, bu bölgələr Rusiyanın milli sularına daxildir və qapanma Kerç boğazından gəmi səfərlərinə əngəl olmayacaq.