Pentaqondan “erməni soyqırımı” AÇIQLAMASI

27-04-2021, 07:26           
Pentaqondan “erməni soyqırımı” AÇIQLAMASI
"Baydenin bu açıqlaması münasibətlərimizə təsir etməyəcək"

ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatı ABŞ və Türkiyənin hərbi münasibətlərinə təsir göstərməməlidir.
Versus.az xəbər verir ki, bun jurnalistlərə açıqlamasında Pentaqonun mətbuat katibi Con Kirbi deyib.



"Biz Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişiklik gözləmirik. Türkiyə bizim NATO üzrə müttəfiqimizdir. Prezidentin ötən həftənin sonu verdiyi bu açıqlamasının münasibətlərimizə heç bir şəkildə təsir edəcəyini gözləmirik" - mətbuat katibi bildirib.



C.Kirbi əlavə edib ki, ABŞ və Türkiyənin hərbi sahədə əlaqələri yalnız güclənəcək.



Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru