ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir

7-05-2021, 06:34           
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
ABŞ hərbi komandanlığı ordu qüvvələrinin planlaşdırıldığı kimi sentyabr ayına qədər Əfqanıstandan çıxara biləcəyinə əmindir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri komitəsinin sədri general Mark Milli bildirib.

General deyib: "Birləşmiş Ştatların prezidenti bizə işləri sentyabr ayından gec olmayaraq başa çatdırmaq üçün müddət verib. Əsas mərhələlərimizin (qoşunların çıxarılması) dəqiq tarixlərini açıq şəkildə bildirmək istəmirəm, çünki son nəticəyə təsir edəcək bir çox amil var".

M.Milli Taliban hərəkatı barədə danışarkən vurğulayıb: "Çıxarılma prosesinin başlanğıcından ABŞ və ya koalisiya qüvvələrinə bir dəfə belə olsun hücum olmayıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru