Putin Azərbaycan və Ermənistana qarşı aqressivləşəcək
7-05-2021, 09:02

“Rusiya prezidenti Vladimir Putin Qarabağ faktorundan istifadə edərək, Azərbaycan və Ermənistanı qismən özünün tabeliyində saxlamağa cəhd edir. Hətta Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasına razılıq versə belə, Rusiya “mənimlə razılaşdırmamış heç bir addım ata bilməzsiniz” deyəcək. Putin Baydenlə görüşdən sonra Ukrayna ilə sərhədlərdən qoşunlarını cəkəcək, Azərbaycan və Ermənistana qarşı isə aqressiv siyasət aparacaq”.
Modern.az xəbər verir ki, bunu ABŞ-da mühacirət həyatı yaşayan sabiq spiker Rəsul Quliyev bildirib.
O deyib ki, hər iki ölkənin bu vəziyyətdən çıxış yolu Türkiyə Cümhuriyyətinin bütün məsələlərə qarışması ola bilər.
“Azərbaycan ümumiyyətlə Türkiyənin yanında olmalıdır, başqa variant yoxdur. Ümid edirəm ki, Ermənistanda seçkiləri udacaq Paşinyan mənim fikirləşdiyim siyasəti aparacaq. O, seçiləndən Putinin ağalığından xilas olmaq istəyir. Putin iki dəfə Azərbaycanın köməyi ilə onu yerində oturda bildi. Ancaq son 6 ayda Azərbaycana qarşı apardığı siyasət Rusiyanı kifayət qədər bizdən uzaqlaşdırıb. 2021-ci il Azərbaycan prezidentinin xarici siyasəti çox mürəkkəb olacaq. Ancaq azad edilmiş rayonlarda, xüsusilə Şuşada aparılan strateji siyasət və Türkiyə ilə qardaşlıq əlaqələri öz müsbət nəticələrini verəcək”.