Türkiyə - Misir danışıqları Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəmin başlanğıcıdır

7-05-2021, 09:09           
Türkiyə - Misir danışıqları Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəmin başlanğıcıdır
Yaxın Şərq və Şimali Afrikada Türkiyə siyasi uğuru hər keçən gün artmaqdadır. 8 illik fasilədən sonra Misirin paytaxtı Qahirədə Misir və Türkiyə arasında XİN başçılarının müavinləri səviyyəsində görüş baş tutdu.
Bu hadisə 2013 cü ildə Misirdə baş vermiş hərbi çevrilişdən sonra tərəflər arasında ilk vacib addım kimi də qiymətləndirilə bilər. Türkiyəni bu görüşdə XİN başçısının müavini təcrübəli diplomat Sədat Önal və Misiri isə XİN başçısının müavini Handi Sanal Noza təmsil edirdi. Görünın odur ki, bir neçə ay bundan öncə Türkiyəyə qarşı bəzi ittifaqlarda təmsil olunan Misir anlamağa başlayıb ki, Türkiyə ilə razılığa gəlməkdən başqa yolu yoxdur və ona görə də danışıqlar masasına oturmağa razılıq verib.
Hesab edirəm ki, bundan sonrakı mərhələdə qarşılıqlı şəkildə addımların atılması gözlənilən olacaq. Öncə tərəflər səfirliklərin yenidən təyin edilməsi, XİN başçılarının və digər dövlət rəsmilərinin görüşünün təşkili, həmçinin qarşılıqlı ticarət-iqtisadi əlaqələrin bərpası istiqamətində addımların atılması gözləniləndir. Eyni zamanda Aralıq dənizində də tırəflərin razılığa gəlməsi gözləniləndir. Əgər Türkiyə Misiri danışıqlar masasına otuzdurub öz maraqlarına uyğun olan şərtləri diktə etməyə başlayıbsa, deməli Yaxın Şərq və Şimali Afrika üçün yeni dönəm başlanıb.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.