Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

8-05-2021, 06:05           
Vladimir Jirinovski:
“Qaregin Njdenin faşist cəlladı və birbaşa nasist Almaniyası ilə işbirliyində olması ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”.

Bunu APA-ya açıqlamasında Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində və İrəvanda erməni faşist Qaregin Njdenin abidəsinin olmasına münasibət bildirən Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski bildirib.

Moskva veteranları faşist Njdenin Qarabağdakı heykəlini sökməyə çağırır
İlham Əliyev: “Əminəm ki, Belarus gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”
Sahibə Qafarova Fransa Senatının Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına münasibət bildirib
O, faşistlərə abidələrin ucaldılmasının Rusiyanın acığına edildiyini söyləyib: “Təəssüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır. Faşistlərlə, cəlladlarla, terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde ermənilərin Vlasovudursa, biz buna qarşıyıq. Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır”, deyə rusiyalı siyasətçi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru