Makronun Azərbaycana qarşı növbəti özbaşınalığı: - “Azərbaycan ordusu Ermənistan ərazisini tərk etməlidir”

14-05-2021, 08:39           
Makronun Azərbaycana qarşı növbəti özbaşınalığı: - “Azərbaycan ordusu Ermənistan ərazisini tərk etməlidir”
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş nazirini əvəz edən Nikol Paşinyanla telefonda danışıb.

Ovqat.com-un “Le Figaro” nəşrinə istinadən verdiyi məlumata görə, Makron açıq şəkildə İrəvanı dəstəkləyib və Azərbaycan qoşunlarının Ermənistan ərazilərindən dərhal çıxarılmasının vacibliyini bildirib.

O həmçinin qeyd edib ki, Fransa bölgədəki gərgin vəziyyətin sabitləşdirilməsi məqsədi ilə məsələnin BMT Təhlükəsizlik Şurası çərçivəsində həllini istəyir.



Xatırladaq ki, 44 günlük savaş zamanı Dağlıq Qarabağ məsələsini də BMT TŞ-nın toplantısına çıxaran Fransa Böyük Britaniyanın vetosu ilə qarşılaşmış və yerində oturmuşdu. Eyni prosesin yenə təkrarlanacağı istisna edilmir. Ən azı ona görə ki, Azərbaycan qoşunları başqa dövlətin ərazisini işğal etmək məqsədi güdmür, əksinə, BMT və dünya birliyi tərəfindən tanınan ərazilərinin delimitasiyasını və demarkasiyasını aparır. Qaragöl SSRİ dağıldığı sırada tərtib olunan xəritələrdə Azərbaycanın ərazisi kimi göstərilirdi və BMT də bizi bu sərhədlər daxilində tanıyıb. Ermənistan isə guya 1932-ci ildə tərtib olunmuş saxta xəritəyə əsaslanaraq ölkəmizin ərazisinə iddia edir. Makron da, belə görünür ki, seçkiqabağı təşviqat kampaniyasında erməni səslərini toplamaq üçün Azərbaycanın suverenlik haqlarını cılız düşüncələrinin alətinə çevirir.

Makronun bu hərəkəti nə Fransanın ciddiliyi, nə də başqa dövlətin ərazi bütövlüyünə hörmətlə bir araya sığır.

Maraqlıdır ki, Paşinyanla söhbətində bütün beynəlxalq normaları tapdalayaraq İrəvanın təcavüzkar siyasətini dəstəkləməkdə həddini aşan Makron bununla da kifayətlənməyib Twitter səhifəsində də ermənicə yazdığı paylaşımında Qaragölü Ermənistanın ərazisi kimi tanıdığını bəyan etmişdir. Görünür, bu adam hələ də anlamır ki, ərazilərin kimə məxsusluğunu müəyyənləşdirən üçüncü dövlətlərin liderləri yox, sərhəd xəritələridir.

Xatırladaq ki, BMT-nin Minsk qrupunun həmsədri olan bu dövlət 30 il müddətində ərazimizin 20%-nin işğal altında qalmasına səsini belə çıxarmamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.